Prezident
"Report"un məlumatına görə, akademik ilk təhsilinə bu məktəbdə başlayıb.
Tədbirə məktəbin şagirdlərinin ifasında Azərbaycan dövlət himninin səsləndirilməsi ilə start verilib. Daha sonra "Azərbaycan neftinin rəmzi: Akademik Xoşbəxt Yusifzadə" filmi nümayiş olunub.
Bundan sonra təhsil müəssisəsinin direktoru Xədicə Babayeva qonaqları salamlayıb. O, X.Yusifzadə haqqında xoş sözlər deyərək məktəbə akademikin adının verilməsini təklif edib, onun 95 və 100 illik yubileyinin burada keçirilməsini arzu edib.
Tədbirdə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov da çıxış edib. X.Yusifzadənin keçdiyi ömür yolundan danışan SOCAR rəsmisi onun Azərbaycan üçün böyük bir tapıntı olduğunu deyib: “Xəzər dənizinin Azərbaycan sektorunda kəşf edilən bütün yataqlarda X.Yusifzadənin imzası və möhürü var. Xoşbəxt müəllimi hər kəs çox istəyir. Bütün SOCAR kollektivi onun xətrini əziz tutur. Onun yeri SOCAR-da hər zaman görünür və hələ 100 illik yubileyinin qeyd ediləcəyinə inanıram”.
Daha sonra Pirşağı sakinləri çıxış edərək akademik haqqında müsbət fikirlər bildiriblər.
Yubilyara da söz verilib. X.Yusifzadə qəsəbədə keçən uşaqlıq və gənclik illərindən danışıb, tələbəlik illərini xatırlayıb. O həmçinin Azərbaycanın neft sənayesində gördüyü işlərdən, ümummilli lider
Sonda yubilyar hər kəsə təşəkkür edib, xoşbəxtlik və düzgün həyat yolu arzulayıb.