Türkiyə şirkəti Türkmənsitan-Əfqanıstan-Pakistan elektrik xəttinin inşasına 1,6 mlrd. dollar pul qoyacaq

Türkiyə şirkəti Türkmənsitan-Əfqanıstan-Pakistan elektrik xəttinin inşasına 1,6 mlrd. dollar pul qoyacaq Bakı. 8 noyabr. REPORT.AZ/ Türkiyənin “Çalık Holding” şirkəti Türkmənistandan Əfqanıstana və Pakistana elektrik xəttinin çəkilməsinə 1,6 mlrd. ABŞ pul qoyacaq.
Energetika
8 Noyabr , 2018 10:10
Türkiyə şirkəti Türkmənsitan-Əfqanıstan-Pakistan elektrik xəttinin inşasına 1,6 mlrd. dollar pul qoyacaq
0 : 00
0 : 00

Bakı. 8 noyabr. REPORT.AZ/ Türkiyənin “Çalık Holding” şirkəti Türkmənistandan Əfqanıstana və Pakistana elektrik xəttinin çəkilməsinə 1,6 mlrd. ABŞ pul qoyacaq.

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Anlaşma Memorandumu Əfqanıstanın Energetika və Su Təchizatı naziri Məhəmməd Quləm Hülmi və şirkətin rəhbəri Əhməd Çalık arasında Kabildə ölkə başçısı Əşrəf Qaninin rəhbərli etdiyi tədbirdə imzalanıb.

Belə ki, Əfqanıstan və Pakistan illik olaraq 1 000 meqavat elektrik enerjisi alacaqlar. Bundan başqa, Əfqanıstan illik 100 mln. dollar tranzit haqqı alacaq.

Əfqanıstan ərazisində ümumi uzunluğu 750 kilometr olacaq elektrik ötürməsi xətlərinin inşasının 3 ildən sonra başa çatacağı gözlənilir.

Türkmənistan, Pakistan və Əfqanıstan arasındakı layihə üzrə üçtərəfli sazişi 2015-ci ilin dekabrında Aqşabadda imzalanıb. 2016-cı ilin martında ölkədə Əfqanıstan istiqamətində olan və uzunluğu 146 kilometr təşkil edən İolotan-Taxtabazar elektrik ötürücüsü xəttinin inşası başa çatıb.

2017-ci ildə isə Türkmənistan Türkmənistan-Özbəkistan-Tacikistan-Əfqanıstan-Pakistan (TUTAP) marşrutu üzrə elektrik enerjisinin ixrac edilməsi niyyətini bəyan edib.

Son xəbərlər

Orphus sistemi