Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 10 %-dək azalıb

Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 10 %-dək azalıb Bu, ötən ilin mart ayı ilə müqayisədə 1,115 mln barel azdır
Energetika
19 Aprel , 2021 16:02
Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 10 %-dək azalıb

Bu ilin mart ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 18,494 mln barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 1,115 mln barel və ya 5,7 % azdır.

Bu ilin yanvar-mart ayları ərzində BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 51,998 mln barel neft nəql edilib. Bu, 2020-ci ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 5,658 mln barel və ya 9,8 % azdır.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Son xəbərlər

Orphus sistemi