Türkiyə 5 ayda Azərbaycan qazının alıcısı olan ölkələr arasında lider olub
- 30 iyul, 2025
- 13:33
Bu ilin yanvar-may aylarında Türkiyə Azərbaycan qazının alıcısı olan ölkələr arasında lider olub.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycandan qaz ixracının ümumi həcmində Türkiyənin payı 39,3 % təşkil edib.
Hesabat dövründə Azərbaycan 3 milyard 833,012 milyon ABŞ dolları dəyərində 10 milyard 270,8 milyon kubmetrdən çox qaz (+3,6 %) ixrac edib. Tədarük altı ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana həyata keçirilib.
Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə ilk üçlüyə Türkiyə, İtaliya və Gürcüstan daxil olub.
Türkiyə 1 milyard 116,697 milyon ABŞ dolları (-12,6 %) dəyərində 4 milyard 34,478 milyon kubmetrdən çox qaz (-0,9 %) idxal etməklə lider olub.
İtaliya 37,5 % payla ikinci yeri tutub. Bu ilin yanvar-may aylarında bu ölkəyə 2 milyard 20,075 milyon ABŞ dolları (+20 %) dəyərində 3 milyard 848,051 milyon kubmetrdən çox qaz (-6,8 %) tədarük edilib.
Azərbaycan qazının alıcısı olan ölkələr arasında üçüncü yeri 11,3 % payla Gürcüstan tutub. Hesabat dövründə Gürcüstana 137 milyon 704,57 min ABŞ dolları dəyərində (+39,4 %) 1 milyard 162,202 milyon kubmetrdən çox qaz (+2 dəfə) tədarük edilib.