"Türk axını" 2020-ci ilə qədər tamamlana bilər

Energetika
  • 28 aprel, 2017
  • 13:09
Türk axını 2020-ci ilə qədər tamamlana bilər

Bakı. 28 aprel. REPORT.AZ/ "Hazırda 8 boru xətti ilə beynəlxalq layihələrlə yanaşı, 2018-ci ildə TANAP-ın icrası tamamlanacaq. 2020-ci ilin sonuna qədər isə "Türk axını" layihəsini bitirməyə çalışacağıq". 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib. Nazir bu layihələrin bölgədə və dünyada sülhə yardım edəcəyini deyib. O, bu layihələrlə yanaşı, Aralıq dənizinin şərq hissəsində qaz kəşfiyyatının davam etdirildiyini də bildirib.

B.Albayrak açıqlamasında 2023-cü ilə qədər Türkiyənin qaz anbarlarının tutumunun cari 2,7 mlrd. kubmetrdən 11 mlrd. kubmetrə çatdırılmasını hədəfləndiyini deyib: "Sistemə gündəlik qaz daxilolmasının həcmini 190 mln. kubmetrdən 400 mln. kubmetrə yüksəltməyə çalışırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti