Yuxarı

TAP yay fasiləsindən sonra tikinti işlərini bərpa edəcək

TAP yay fasiləsindən sonra tikinti işlərini bərpa edəcək

Bakı. 22 oktyabr. REPORT.AZ/ Yay fasiləsindən sonra Trans Adriatik boru kəmərinin (TAP) tikintisi üzrə işlərin layihənin İtaliya üzrə son hissəsinin tamamlanması məqsədi ilə bərpa edilməsi planlaşdırılır.

Bu barədə "Report"a TAP-ın kommunikasiya şöbəsinin rəhbəri Liza Givert bildirib.

"TAP bütün fəaliyyət növləri üzrə səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmiş Ətraf Mühitin Monitorinqi Layihəsində müəyyən edilmiş çərçivədə işləyəcək", - L.Givert deyib.

Onun sözlərinə görə, TAP-ın icrası qrafik üzrə gedir və boru kəməri 2020-ci ildə Azərbaycanın  "Şahdəniz-2" qaz-kondensat yatağından ilk qazı almağa hazır olacaq.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın  ildə 10 mlrd. kubmetrinin ilkin olaraq Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

TAP layihəsinin ümumi dəyəri 4,5 mlrd. avro qiymətləndirilir.

TAP-ın inşasının 2020-ci ildə yekunlaşdırılacağı və elə həmin ildə ilk Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi