TAP-ın payçısı ilk yarım il üçün mənfəətini açıqlayıb

TAP-ın payçısı ilk yarım il üçün mənfəətini açıqlayıb ​​​​​​​Azərbaycan təbii qazını Avropaya nəql edilməsi üçün inşa edilən Trans-Adriatik Qaz Boru Kəmərində (TAP) 16 % paya malik olan İspaniyanın “Enagas” şirkətinin bu ilin birinci yarım ilində xalis mənfəəti bir ildə 9,8 % azalıb.
Energetika
28 İyul , 2021 10:26
TAP-ın payçısı ilk yarım il üçün mənfəətini açıqlayıb

Azərbaycan təbii qazını Avropaya nəql edilməsi üçün inşa edilən Trans-Adriatik Qaz Boru Kəmərində (TAP) 16 % paya malik olan İspaniyanın “Enagas” şirkətinin bu ilin birinci yarım ilində xalis mənfəəti bir ildə 9,8 % azalıb.

“Report”un “Reuters”ə istinadən verdiyi məlumata görə, bu ilin ilk yarım ilində İspaniya təbii qaz operatorunun xalis mənfəəti 213 milyon avro və ya 251,28 milyon ABŞ dolları təşkil edib.

Bununla belə, “Enagas” bütün il ərzində özünün 380 milyon avroluq xalis mənfəət göstəricisi hədəfini qoruyub saxlayıb.

Şirkətdən bildiriblər ki, daha yüksək qazanc xarici törəmə şirkətlərindən əldə edilib ki, bu da şirkətin İspaniyadakı aşağı gəlirlərini qismən kompensasiya edib.

Bu ilin ilk yarısında “Enagas” özünün ABŞ-dakı törəməsi olan “Tallgrass Enerji” və TAP kəmərindən 113 milyon avrouq xalis mənfəət əldə edib.

Bu göstərici 2020-ci ilin eyni dövründə 76 milyon avro təşkil edib.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

2020-ci il dekabrın 31-dən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Son xəbərlər

Orphus sistemi