Yuxarı

TANAP-la indiyədək nəql edilən qazın həcmi açıqlanıb

​TANAP-la indiyədək nəql edilən qazın həcmi açıqlanıb

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün həyata keçirilən Trans-Anadolu Boru Kəməri (TANAP) ilə indiyə kimi (2018-ci il iyunun 30-dan) Türkiyəyə 2,5 mlrd. kubmetrdən çox qaz nəql olunub.

"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında Energetika naziri Pərviz Şahbazov bildirib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin seqmentləri üzrə ümumi inkişaf göstəriciləri “Şahdəniz Mərhələ 2”də 93% (ilk qazın əldə olunması 100%), TANAP-da 99,9%, TAP-da isə 90%-ə yaxındır.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.

İlkin mərhələdə ildə 16 mlrd. kubmetr qazın nəqli nəzərdə tutulur ki, bu həcmin 6 mlrd. kubmetri Türkiyə bazarlarına, 10 mlrd. kubmetri Avropa bazarlarına çatdırılacaq. 2018-ci il iyunun 30-dan TANAP-la Türkiyə bazarına kommersiya qazının nəqlinə başlanılıb. 2020-ci ilin əvvəlində Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi