Tanrıverdi Mustafayev: "Respublikanın fasiləsiz enerji təchizatı üzrə işlər yekunlaşır"

Tanrıverdi Mustafayev: "Respublikanın fasiləsiz enerji təchizatı üzrə işlər yekunlaşır" Bu ilin sonuna qədər daha 8 kənddə elektrik şəbəkəsinin yenidən qurulması yekunlaşacaq.
Energetika
27 Noyabr , 2019 13:29
Tanrıverdi Mustafayev: Respublikanın fasiləsiz enerji təchizatı üzrə işlər yekunlaşır

"Bu ilin sonuna qədər daha 8 kənddə elektrik şəbəkəsinin yenidən qurulması yekunlaşacaq".

"Report" xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. 

T.Mustafayev əlavə edib ki, “Azərişığ"ın respublikanın fasiləsiz enerji təchizatının təmin olunması istiqamətində gördüyü işlər yekunlaşır: “Cari ilin 10 ayı ərzində 32 kənddə (0,4 kVt-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq istehlakçının elektrik enerjisi təchizatının 24 saat dayanıqlığı və keyfiyyəti tam təmin olunub. İlin sonuna qədər isə daha 8 kənddə elektrik şəbəkəsinin yenidən qurulması yekunlaşacaq”.

T.Mustafayev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli Sərəncamına əsasən, 24 illik fasilədən sonra Astara rayonunun Sekaşan kəndi yenidən elektrik enerjisi ilə təmin olunub: “Sərəncama əsasən, Astara rayonunun Diqo, Doli və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə “Azərişıq” ASC bir sıra işlər görüb. Astara rayonunun dağlıq ərazisində yerləşən daha iki ucqar yaşayış məntəqəsinə - Doli və Diqo kəndlərinə də elektrik enerjisinin verilməsi təmin olunub”.

Son xəbərlər

Orphus sistemi