STAR neft emalı zavodu aviayanacaq istehsalını təqribən 75 % artırıb

Energetika
  • 29 dekabr, 2023
  • 07:36
STAR neft emalı zavodu aviayanacaq istehsalını təqribən 75 % artırıb

Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 128 min 621 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumunun (EPDK) hesabatına istinadən xəbər verir.

Bu, 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 55 min 023 ton və ya 74,8 % çoxdur.

Hesabat dövründə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 519 min 192 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib ki, bu da 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 131 min 121 ton və ya 33,8 % çoxdur.

Xatırladaq ki, STAR zavodunun təməli 5 oktyabr 2011-ci ildə qoyulub, açılışı isə 19 oktyabr 2018-ci ildə olub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Hazırda zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti