Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın “Özbəkneftqaz” şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üzrə yol xəritəsi imzalanıb.
“Report”un məlumatına görə, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, SOCAR prezidenti vəzifəsininin müvəqqəti icraçısı Rövşən Nəcəf özünün “Twitter” hesabında yazıb.
R. Nəcəf qeyd edib ki, “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri Mehriddin Abdullayev ilə keçirilən görüşdə iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi üzrə yol xəritəsi imzalanıb.
Yol xətitəsini “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri Mehriddin Abdullayev və SOCAR prezidenti vəzifəsininin müvəqqəti icraçısı Rövşən Nəcəf imzalayıblar.
Qeyd edək ki, R. Nəcəf bu gün nümayəndə heyətinin tərkibində Özbəkistana səfər edib.