Yuxarı

SOCAR Ukraynanın Müdafiə Nazirliyinə aviasiya yanacağı satacaq

SOCAR Ukraynanın Müdafiə Nazirliyinə aviasiya yanacağı satacaq
Şirkətin Ukraynadakı törəməsi rekativ yanacağın satın alınması məqsədi ilə keçirilmiş tenderin qalibi olub
© Courtesy İmage

Bakı. 24 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi (“SOCAR Ukraine”) və yerli “EFG Trading” (“Euro Fuel Group Trading”) şirkəti bu ölkənin Müdafiə Nazirliyinə reaktiv yanacaq satacaq.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, şirkətlər 20,1 ton aviasiya yanacağının satın alınması məqsədi ilə keçirilmiş tenderin qalibləri olublar.

Məlumatda deyilir ki, tenderin nəticələrinə görə, Ukrayanın Müdafiə Nazirliyi “SOCAR Ukraine”dan hər tonu 21 min qrivnadan (1 340 manat) olmaqla 6,1 min ton (Lot-1) və hər tonu 19 965 qrivnadan (1 274 manat) olmaqla 2,9 min ton (Lot-2) yanacaq alacaq. “EFG Trading” isə hər tonu 20 min qrivnadan (1 276 manat) olmaqla 6,1 min ton (Lot-1) və hər tonu 19 833 qrivnadan (1 265 manat) olmaqla 3 min ton yanacağı nazirlik üçün tədarük edəcək. “SOCAR Ukraine”dən alınacaq reaktiv yanacaq Azərbaycan istehsalı, “EFG Trading”dən alınacaq reaktiv yanacaq isə İtaliya və Bolqarıstan istehsalı olacaq.

Tenderdə “SOCAR Ukraine” və “EFG Trading” ilə yanaşı Ukraynanın “Voenservis-Volonter” şirkəti də iştirak edib, amma onun bütün lotlar üzrə təklif etdiyi qiymət 21 400 qrivna (1 365 manat) olub. Tenderdə qalib gəlmiş şirkətlər isə yanacağın hər tonunu bazar qiymətindən 600-800 qrivna (38-51 manat) ucuz təklif ediblər.

Xatırladaq ki, “SOCAR Ukraine” 2008-ci ildə yaradılıb. 2009-cu ildə şirkət Ukraynanın Odessa və Nikolayevski vilayətlərində “Tala-Nafta” adı ilə fəaliyyət göstərən 20-yə yaxın yanacaq-doldurmaq məntəqəsini (YDM) alıb, həmçinin Odessadakı iri neft bazasına (“Svitanok”) nəzarət etməyə başlayıb. 2010-2011-ci illərdə isə “SOCAR Ukraine” paytaxt Kiyevdə və ölkənin Lvov vilayətində fəaliyyət göstərən YDM-lərə sahib olub. 2012-ci ilin avqust ayında isə Azərbaycan şirkəti Ukraynanın Antiinhisar komitəsindən 26 YDM-in və “Kalina” neft bazası qrupunun fəaliyyəti üçün icazə alıb. Hazırda bu şəbəkə Ukraynada 60 YDM-in, Kiyevdəki “Bakı-1” və Odessadakı “Gəncə” neftdaşıyan bunker gəmisinin fəaliyyətini əhatə edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi