​SOCAR Ukraynada yeni yanacaqdoldurma məntəqəsi açıb

​SOCAR Ukraynada yeni yanacaqdoldurma məntəqəsi açıb SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrinin sayı 43-ə çatıb
Energetika
10 Dekabr , 2014 16:21
​SOCAR Ukraynada yeni yanacaqdoldurma məntəqəsi açıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Ukraynanın Odessa şəhərində "SOCAR" brendi ilə yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Bu, Odessada sayca 11-ci, bütün Ukrayna üzrə isə 43-cü “SOCAR” yanacaqdoldurma kompleksidir. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Ümumi sahəsi 123,5 kv. metr olan məntəqədə eyni zamanda 6 avtomobilin yanacaqla təchiz edilməsinə imkan verən 3 ikitərəfli paylayıcı qurğu fəaliyyət göstərir. YDM-də Polşa, Litva və Belarusun emal zavodlarında istehsal olunan, "Euro-5" standartına uyğun Ai-92, Ai-95, Ai-95 “Nano” benzini və “Nano” dizel yanacağı satılır. Təkərlərin doldurulması, avtomobilin su təchizatı, parkinq, mobil telefonların enerji təchizatı kimi xidmətlər pulsuzdur. Kompleks ərazisində fəaliyyət göstərən “Buta kafe”də müştərilərə Azərbaycan mətbəxindən yeməklər təklif olunur. Ödəmələr nağd, bank və yanacaq kartları, habelə "Level" bonus kartları ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi