“SOCAR Ukraine”nin rəhbəri: “Yazılanlar həqiqəti əks etdirmir”

“SOCAR Ukraine”nin rəhbəri: “Yazılanlar həqiqəti əks etdirmir” “SOCAR Energy Ukraine” şirkətinin rəhbəri Elçin Məmmədovun özəl təyyarə ilə Fransaya uçduğu barədə məlumat həqiqəti əks etdirmir.
Energetika
17 Aprel , 2020 13:51
“SOCAR Ukraine”nin rəhbəri: “Yazılanlar həqiqəti əks etdirmir”
0 : 00
0 : 00

“SOCAR Energy Ukraine” şirkətinin rəhbəri Elçin Məmmədovun özəl təyyarə ilə Fransaya uçduğu barədə məlumat həqiqəti əks etdirmir.

"Report" xəbər verir ki, bu barədə "SOCAR Energy Ukraine” şirkətinin yaydığı bəyanatda bildirilir.

"Kütləvi İnformasiya Vasitələrində dərc edilən məlumata rəsmi olaraq bildiririk ki, “SOCAR Energy Ukraine” şirkətinin Baş direktoru Elçin Məmmədov 2020-ci ilin mart ayının əvvəlindən Ukrayna ərazisini tərk etməyib. Ölkənin ən iri yanacaq şirkətlərindən birinin rəhbəri olaraq, o, hazırda koronavirus pandemiyası ilə əlaqədar qoyulmuş sərt karantin şəraitində müəssisənin sabit fəaliyyətinin təmin edilməsi ilə bağlı əməliyyat məsələlərinin həllində yaxından iştirak edir. Biz bu cür həqiqətə uyğun olmayan məlumatların yayımlanmasını SOCAR Ukrayna şirkətinin rəhbərliyinin işgüzar nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndiririk. Biz jurnalistləri obyektivliyi qorumağa və dərc etməzdən əvvəl məlumatların doğruluğunu yoxlamağa çağırırıq, həmçinin təkzib vermələrini tələb edirik",- açıqlamada qeyd edilib.

Son xəbərlər

Orphus sistemi