SOCAR prezidentinin “CNN Türk”ə müsahibəsi- VİDEO
- 22 oktyabr, 2018
- 13:44
Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyəyə yatırdığı investisiyalar 20 mlrd. dolları ötəcək və bu investisiyalar Türkiyəyə böyük fayda verdiyi kimi, Azərbaycana da fayda gətirəcək, Azərbaycan böyük gəlir əldə edəcək.
“Report” xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev “CNN Türk” kanalına müsahibəsindəbildirib.
O vurğulayıb ki, Azərbaycan və Türkiyə ayrılmazdır və SOCAR özünü Türkiyədə yad hiss etmir.
R.Abdullayev bildirib ki, 100% dövlətə məxsus olan SOCAR-ın ən böyük investisiyalarını Türkiyəyə yatırması siyasi qərar idi və Azərbaycan dövlətinin istəyidir.
"Ona görə ən böyük işlərimizi, investisiyalarımızı qardaş Türkiyəyə etməliyik və onu böyük enerji habına çevirməliyik”, - SOCAR prezidenti vurğulayıb.
O xatırladıb ki, 2008-ci ildə SOCAR 2,040 mlrd. dollar ödəyərəközəlləşdirmədə “Petkim”i (51%) alıb və bundan sonra Türkiyədə investisiyalara başlayıb: “Biz “Petkim”i alandaliman inşası, neft emalı zavodunun inşası, böyük təsis yaradılması kimi, böyükplanlarımız var idi. “Petkim”ə 7-8 ildir ki, hər il 100 milyonlarla dollarinvestisiya yatırırıq. 2011-ci ildə STAR neft emalı zavodunun tikintisinəbaşladıq. O zaman Baş nazir olan Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidentiİlham Əliyev birlikdə zavodun təməlini qoydular və onlar tez zamanda zavoduaçacaqlarına inandıqlarını bildirdilər. İndi mən qürur duyuram ki, TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev birlikdə7 ildən sonra bu təsisin açılışını həyata keçirir. Bu layihə Türkiyədə tək nöqtəyəən böyük investisiyadır. Artıq bu layihələrlə Türkiyədə ən böyük xariciinvestor olmuşuq. STAR işə düşdükdən sonra dövriyyəsi ildə 6-8mlrd. dollar olacaq və neft məhsullarının idxalında Türkiyənin cari kəsirini1,5 mlrd. dollar azaldacaq. STAR həm də Türkiyədə sənayenin inkişafında böyükrol oyandı. Təkcə zavodun tikintisi zamanı burada 20 min nəfər çalışıb, 2 700 şirkət işlərə cəlb edilib, ən əsası 2008-ci ildə Əliağada 80 min nəfər yaşayırdısa, bu gün burada180 min nəfər yaşayır. Burada yeni şəhər yaradılıb. Əliağa indi “Petkim”ə birləşib.Bu, Türkiyənin iqtisadiyyatına, sənayeyə böyük təkan verib”.
O artıq TANAP-la Türkiyəyə qaz verilməyə başlanıldığını, Avropayaqaz veriləcək hissənin gələn il başa çatdırılmasının nəzərdə tutulduğunu, Egeydənizinin ən dərin limanı “Petlim” limanı layihəsinin həyata keçirildiyini xatırladıb.
SOCAR prezidenti layihələrin bununla bitmədiyini, yenineft-kimya layihəsinin həyata keçirilməsinin planlaşdırıldığını bildirib. Onunsözlərinə görə, “Petkim”in Türkiyənin neft-kimya sektorunda bazar payı 25% təşkiledir: “İnvestisiyası 3 mlrd. dollar nəzərdə tutulan Aromatiklər fabrikinininşası ilə Türkiyənin neft-kimya sektorunda bazar payımız 45%-ə çatacaq”.
SOCARprezidenti bunun Türkiyənin cari kəsirini bir neçə milyard dollar azaldacağını vurğulayıb.
R.Abdullayev bildirib ki, enerji çatışmazlığı yaşayan Türkiyə bu layihələrin həyata keçirilməsi ilə artıq təkcə enerji istifadəçisi deyil, həm də enerji mərkəzinə çevrilir və bu da gələcəkdə enerji xərclərinin azalmasına böyük yardım edəcək.