SOCAR Odessa Liman Zavodunun keçirdiyi tenderdə iştirak edir

SOCAR Odessa Liman Zavodunun keçirdiyi tenderdə iştirak edir Odessa Liman Zavodu ammiak və karbamid istehsal edir, xammalı isə təbii qazdır
Energetika
21 Aprel , 2021 15:44
SOCAR Odessa Liman Zavodunun keçirdiyi tenderdə iştirak edir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti hazırda Odessa Liman Zavodunun tollinq prinsipi əsasında xammal təchizatı və hazır məhsul təhvili ilə bağlı elan etdiyi tenderdə iştirak edir.

Bunu “Report”a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, tender proseduru hələ yekunlaşmayıb: "Odessa Liman Zavodu ammiak və karbamid istehsal edir, xammalı isə təbii qazdır".

Qeyd edək ki, Odessa Liman Zavodu ammiak, karbamid, maye azot, karbon dioksidi və maye oksigen istehsalı ilə məşğul olan dövlət kimya şirkətidir. Ammiak istehsalı üçün zavodun layihə gücü illik 450 min ton, karbamid istehsalı üçün illik 330 min tondur. Ammiakın köçürülməsi üçün kompleksin gücü ildə 4,3 milyon ton, karbamid və metanol ildə 51 milyon ton təşkil edir.

Müəssisə Kiçik Acalıq limanının sahilində və ya daha dəqiq desək, Odessadan 35 kilometr məsafədə yerləşir. Müxtəlif hesablamalara görə, zavodun ərazisinin ümumi sahəsi təqribən 250 hektardır.

Xatırladaq ki, Ukrayna Ali Radası "böyük özəlləşdirmə"yə başlayan qanun layihəsini ikinci oxunuşda qəbul edib. Belə ki, bu qanun qəbul edildikdən sonra mühüm dövlət obyektləri özəl sahibkarlara və şirkətlərə satıla bilər. Bura nəhəng Ukrayna Dəmir Yolları (“Ukrzaliznitsa”), Ukrayna Milli Poçtu (“Ukrpoşta”) və “Naftoqaz” neft-qaz şirkəti kimi böyük şirkətlər də daxildir. Satış şərtlərinə görə, səhmlərin 49 faizinə sahib olanlar, demək olar ki, qərarlara sonsuz təsir etmək hüququna malik ola biləcəklər.

Son xəbərlər

Orphus sistemi