SOCAR neft hasilatını cüzi azaldıb

Energetika
  • 08 may, 2024
  • 10:28
SOCAR neft hasilatını cüzi azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1 milyon 884 min 502 ton neft hasil edib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin I rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəriciləri üzrə hesabatında deyilir.

Bu, 2023-cü ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 35 min 989 min ton və ya 1,9 % azdır.

Ümumilikdə isə, bu ilin birinci rübü ərzində Azərbaycanda 7 milyon 257 min 208 ton xam neft hasil olunub. Bu da bir il öncəki göstərici ilə müqayisədə 468 min 893 ton və ya 6 % azdır.

Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarından 1 milyon 920 min 491 ton neft hasil olunub, ölkə üzrə isə 7 milyon 720 min 101 ton xam neft istehsal olunub.