SOCAR-ın Türkiyədəki zavodu neft koksu istehsalını 3 %-ə yaxın azaldıb
- 29 fevral, 2024
- 10:57
Ötən ilin dekabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 68 min 393 tondan çox neft koksu istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bu, 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1 min 942 ton və ya 2,8 % azdır.
2023-cü ilin dekabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 145 min 229 tondan çox neft koksu istehsal edilib ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 13 min 906 ton və ya 8,74 % azdır.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.