Bakı. 15 noyabr. REPORT.AZ/
Azərbaycan Dövlət Neft Şirkətindən (
Dizelin Hidrotəmizlənməsi Qurğusunun Reaktoru "Larsen&Toubro" şirkətinin Hindistanın Hazira vilayətində yerləşən zavodundan uzun qoşqulu tırlarda Adani limanına və buradan dəniz yolu ilə Rumıniyanın Konstansa limanına gətirilib. Konstansa limanında karqo çay gəmisinə yüklənərək, Volqa-Don kanalı vasitəsilə Bakıya, “Neftqaztikinti” trestinin “Zığ” istehsalat sahəsinə çatdırıb. Bundan sonra Reaktor çoxqoşqulu tırlar vasitəsi ilə Heydər Əliyev adına NEZ-in iş sahəsinə gətirilib.
Zavodun Modernizasiyası və Yenidənqurması Layihəsi çərçivəsində ilkin olaraq Dizelin Hidrotəmizlənməsi qurğusu üçün nəzərdə tutulmuş avadanlıqlardan hidrogenizatın buxarlandırıcısı (32-K-001) kolonu NEZ-ə çatdırılıb. “Tekfen” şirkətinə məxsus uzunluğu 34 metr, diametri 4 metr və 2,6 metr, çəkisi 150 tona yaxın olan bu avadanlıq Türkiyənin Dərincə vilayətindən Qaradəniz-Volqa-Don kanalı-Xəzər dənizi marşurutu ilə 35 gün müddətinə Heydər Əliyev adına NEZ-ə çatdırılıb. Həmçinin kükürdün alınması qurğusu üçün nəzərdə tutulmuş “AMD international SRL” şirkətinin istehsalı olan 130 ton çəkiyə malik 2 ədəd termoreaktor və “Daekyung Machinery& Engineering Co. td” tərəfindən istehsal olunmuş 6 ədəd dizelin hidrotəmizlənməsi qurğusunun reaktorunun xammalının qızdırılması üçün istidəyişdiricilər də artıq zavoda çatdırılıb, quraşdırılma prosesinə start verilib.
Xatırladaq ki, layihənin planlaşdırılan tarixlərdə tamamlanmasını təmin etmək üçün reaktorun istehsalına 2017-ci ilin iyul ayında müqavilənin imzalanmasından dərhal sonra başlanıb və tamamlanması, ümumilikdə, 14 ay çəkib. Ümumilikdə, Heydər Əliyev adına NEZ-də yenidənqurma işlərinin 3 mərhələsi çərçivəsində 14 yeni qurğunun inşası nəzərdə tutulur. I mərhələ cari ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi ilə yekunlaşacaq. II mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyətli dizel yanacağının alınması, son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyətli benzin məhsullarının istehsalı nəzərdə tutulur. Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5-8 mln. tona qədər artırılacaq, həmçinin bazarın tələbatına uyğun olaraq, zavodda A-92/95/98 markalı benzinlərin istehsalı mümkün olacaq. Moderinizasiya və yenidənqurma işləri paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına xüsusi töhfə verəcək.