Bakı. 19 noyabr. REPORT.AZ/ “
“Report” xəbər verir ki, mərasimdə SOCAR-ın prezidenti
Tədbir SOCAR-ın gənclər siyasətinə həsr edilmiş filmin nümayişi ilə başlayıb.
SOCAR 2005-ci ildən etibarən Azərbaycanda gənc mütəxəssislərin təhsil və inkişafına töhfə olaraq Daxili Təqaüd Proqramını həyata keçirir. Bu müddət ərzində proqram üzrə 23 mindən çox müraciət olub, onlardan 2065 tələbə SOCAR-ın təqaüdünü qazanıb. 2017-2018-ci illər üzrə Daxili təqaüd Proqramına müraciət edən 1900-ə yaxın tələbədən 77-si uğur qazana biliblər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, gələcəkdə bizi texnoloji cəhətdən daha mürəkkəb, böyük elm tutumlu işlər gözləyir: “Bu ildən Azərbaycan və Türkiyədə əsas layihələrimizin başa çatması SOCAR-da bacarıqlı və müasir təfəkkürlü gənc mütəxəssislərə ehtiyacı daha da artırır. Biz gənc mütəxəssislərlə fəal əməkdaşlıq etməkdə maraqlıyıq və onları bu konsepsiyanın dayaq sütünu kimi görürük. Bu istiqamətdə həyata keçirdiyimiz bütün işlər, müxtəlif təqaüd proqramları, təlim və təcrübə kursları məhz gənclərin inkişafımızın mühərrikinə çevrilməsinə xidmət göstərir”.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov çıxış edib, SOCAR-ın təqaüd proqramlarının bu sahədə oxuyan gənclər üçün xüsusi stimul verdiyini qeyd ediblər.
Daxili Təqaüd Proqramının qalibi olmuş gənclər adından çıxış edənlər SOCAR-ın Təqaüd Proqramlarının tələbələr arasında böyük rəğbət qazandığını qeyd edib, yaradılan şəraitə görə SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, SOCAR Daxili Təqaüd proqramı ilə yanaşı, 2006-cı ildən etibarən Xarici Təqaüd Proqramı, 2010-cu ildən isə tələbələrin neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılması üçün “Ödənişli Yay Təcrübəsi” Proqramını və Ödənişsiz İstehsalat Təcrübəsini həyata keçirir. Şirkətin