SOCAR ədalətli enerji keçidi prosesində əlçatan enerjinin təmin edilməsinin vacibliyini vurğulayır

SOCAR ədalətli enerji keçidi prosesində əlçatan enerjinin təmin edilməsinin vacibliyini vurğulayır Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ədalətli enerji keçidi çərçivəsində sərfəli enerjinin təmin edilməsini vacib hesab edir.
Energetika
1 Oktyabr , 2024 13:55
SOCAR ədalətli enerji keçidi prosesində əlçatan enerjinin təmin edilməsinin vacibliyini vurğulayır
Əfqan İsayev

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ədalətli enerji keçidi çərçivəsində sərfəli enerjinin təmin edilməsini vacib hesab edir.

"Report" xəbər verir, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 2-ci günündə "Ədalətli keçid tərəfdaşlığı və investisiya səfərbərliyi" dəyirmi masasında deyib.

O, subsidiyaların ləğvi ilə əhalinin enerji əlçatanlığı arasında balansın tapılmasının vacibliyini vurğulayıb.

"Subsidiyalar ətrafında müzakirələr iki əks mövqeni göstərir: bir tərəfdən, onların ləğvi enerjidən daha səmərəli istifadəyə və iqlim dəyişikliyinə qarşı mübarizəyə kömək edə bilərdi, digər tərəfdən isə bu, insanlar üçün enerji qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olardı", - deyə Ə.İsayev bildirib.

SOCAR-ın vitse-prezidenti, həmçinin qeyd edib ki, bərpa olunan enerji mənbələrinə keçid üçün enerji şəbəkələrinin genişmiqyaslı yenilənməsi tələb olunur, o cümlədən akkumulyator saxlama sistemlərinin, avtomatlaşdırılmış istehsalat idarəetmə sistemlərinin və qlobal səviyyədə prioritet olmalı digər texnologiyaların tətbiqi.

Son xəbərlər

Orphus sistemi