SGC Məşvərət Şurası Avropanın enerji təhlükəsizliyi baxımından bu layihənin əhəmiyyətini tanıdacaq

SGC Məşvərət Şurası Avropanın enerji təhlükəsizliyi baxımından bu layihənin əhəmiyyətini tanıdacaq Cənub Qaz Dəhlizinin (SGC) Məşvərət Şurası bu layihənin icrasına mühüm töhfələr verib.
Energetika
3 Fevral , 2022 20:44
SGC Məşvərət Şurası Avropanın enerji təhlükəsizliyi baxımından bu layihənin əhəmiyyətini tanıdacaq

Cənub Qaz Dəhlizinin (SGC) Məşvərət Şurası bu layihənin icrasına mühüm töhfələr verib.

Bunu “Report”a müsahibəsində Bolqarıstan enerji naziri Aleksandr Nikolov bildirib.

“İnanıram ki, SGC Məşvərət Şurasının iclası bu layihənin Avropadakı enerji dəyişikiliyində və enerji təhlükəsizliyindəki rolunu daha geniş tanıdacaq. Məşvərət Şurası enerji təhlükəsizliyinə dair cari məsələlərin həlli, enerji təhlükəsizliyinə əməl etmək şərtilə dayanıqlı inkişafa nail olmaq səylərə dair müzakirə aparmaq üçün çox əlverişli platformadır", – deyən nazirin fikrincə, Məşvərət Şurası SGC vasitəsilə yeni istehlakçılara, o cümlədən Balkanların qərbinə qaz nəqli üçün layihənin genişləndirilməsi imkanlarını da müzakirə etmək vəzifəsini də daşıyır.

Bolqarıstanlı nazir həmçinin qeyd edib ki, Xəzərin təbii qazı "yaşıl" texnologiyaların tətbiqinə təkan olmaqla keçid iqtisadiyyatına malik bölgələrdə daha təmiz yanacağın iqlim dəyişikliyi baxımdan daha sərfəli yollarla tətbiqini təmin edəcək.

“SGC Xəzər regionundan təbii qaz tədarükünün daha da şaxələndirilməsinə səbəb olduğu üçün Avropa enerji sisteminin inkişafına müsbət təsir göstərir. Bunun nəticəsində Bolqarıstan və onun qaz paylama şəbəkəsi Mərkəzi və Cənub-Şərqi Avropa regionuna alternativ mənbələrdən qaz təchizatı infrastrukturunun mühüm parçasına çevrilir”, – deyə Bolqarıstanın energetika naziri vurğulayıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində fevralın 4-də Bakıda 8-ci nazirlər toplantısı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi