Serbiya Cənub Qaz Dəhlizi vasitəsilə qaz ala bilər

Serbiya Cənub Qaz Dəhlizi vasitəsilə qaz ala bilər “Azərbaycanın aqrar məhsullarının Serbiyaya ixracı ilə bağlı iki ölkə arasında müzakirələr aparılıb”.
Energetika
27 İyul , 2021 16:33
Serbiya Cənub Qaz Dəhlizi vasitəsilə qaz ala bilər

“Azərbaycanın aqrar məhsullarının Serbiyaya ixracı ilə bağlı iki ölkə arasında müzakirələr aparılıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan və Serbiya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

“Bundan başqa, kosmik peyklərimizin imkanlarından serblərin istifadə etməsi imkanlarını müzakirə etdik. Müştərək müəssisələrin yaradılması, qarşılıqlı investisiya layihələrinin icrası da gündəmdə olan məsələlərdəndir, o cümlədən energetika sahəsində əməkdaşlıq da vacib istiqamətlərdən biridir. Serbiya tərəfi Cənub Qaz Dəhlizdən bəhrələnmək və ona qoşulmaq, gələcəkdə Azərbaycandan qaz almaqda maraqlı olduğunu bildirib. Bu istiqamətdə əməkdaşlıq ediləcəyi qeyd edilib. Ümumilikdə, turizm də daxil olmaqla bütün istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi üçün ciddi potensialın və hər iki tərəfin niyyətinin olduğu bəyan edilib”, - deyə nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi