Selçuk Akat: “Azərbaycan qazının TANAP ilə dünyaya nəqli gələcək üçün ən böyük layihədir”

Selçuk Akat: “Azərbaycan qazının TANAP ilə dünyaya nəqli gələcək üçün ən böyük layihədir” Onun fikrincə, Azərbaycan və Türkmənistan artıq Xəzərdəki qaz ehtiyyatları barədə razılığa gəldilər
Energetika
9 Fevral , 2021 18:45
Selçuk Akat: “Azərbaycan qazının TANAP ilə dünyaya nəqli gələcək üçün ən böyük layihədir”
Selçuk Akat

"Xəzər dənizinin Azərbaycan sektorundan hasil edilən təbii qazın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə dünyaya nəqli gələcək dövr üçün ən böyük layihədir”

“Report” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bunu Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının rəhbəri Selçuk Akat deyib.

“Xəzər dənizindəki mövcud olan ehtiyatların TANAP ilə dünyaya çatdırılması gələcək dövrün ən böyük yeni layihəsi olacaq. Azərbaycan və Türkmənistan artıq Xəzərdəki sərhədlər və qaz ehtiyyatları barədə razılığa gəldilər”, - S.Akat bildirib.

Onun sözlərinə görə, Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti ilə Aralıq dənizinə çatdırıb, beynəlxalq bazara çıxarılması bu layihənin vacib hissəsidir: “Ancaq bundan daha əhəmiyyətlisi bütün dünyanın Türkiyə və Azərbaycanın belə bir böyük layihədə əməkdaşlığını qəbul etməsidir”.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Son xəbərlər

Orphus sistemi