Şəhid, qazi və əlil ailələrinin qazla bağlı problemləri həll olunub

Şəhid, qazi və əlil ailələrinin qazla bağlı problemləri həll olunub “Azəriqaz” əhalinin problemlərini yerindəcə həll edir
Energetika
22 Sentyabr , 2020 16:34
Şəhid, qazi və əlil ailələrinin qazla bağlı problemləri həll olunub

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi sosial aksiyanı davam etdirir.

“Report”un məlumatına görə, layihəyə əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin müraciətləri dinlənilir, problemləri yerindəcə həll olunur.

Bu günlərdə belə müraciətlərdən biri olan Tərtər şəhər sakini, şəhid Sabir Kərimovun həyat yoldaşı Kifayət Kərimova qaz xətlərinin yerinin dəyişdirilməsini istəyib. O, yaşadığı evin qarşısından keçən qaz xəttinin həyətinə avtomobillə daxil olmağa mane olduğunu bildirib. “Azəriqaz”ın əməkdaşları müraciət olunan ünvana baş çəkiblər. Qapı keçidi yenilənərək yeri dəyişdirilib. Mövcud problem tezliklə həllini tapıb.

Sosial aksiya çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi sakini, Qarabağ qazisi Cavanşir Qədimovun müraciəti də təmin edilib. Belə ki, o müraciətində yeni tikilən fərdi yaşayış evində təbii qazın olmadığını bildirib. Daxil olan müraciət araşdırılıb və Cavanşir Qədimovun yaşadığı ünvana təbii qazın çəkilməsi işlərinə başlanılıb. Qısa müddət ərzində bütün lazımi işlər görülərək ev təbii qazla təmin edilib və sayğac quraşdırılıb.

Tədbirlər planına uyğun olaraq, İsmayıllı rayonunda aparılan təmir-tikinti işləri çərçivəsində sosial aksiyadan irəli gələrək daha bir ailənin müraciətinə yerindəcə baxılıb. Rayonun Yuxarıbaş yaşayış massivində yaşayan Musa Balakişiyev fərdi yaşayış evində təbii qazdan istifadə edə bilmədiyini bildirib. 1-ci qrup əlil olan Musa Balakişiyevin də müraciəti cavabsız qalmayıb. Onun yaşadığı evə baxış keçirilib və işin icrasına başlanılıb. Qısa müddət ərzində fərdi yaşayış evinə təbii qazın verilməsi təmin edilib.

Son xəbərlər

Orphus sistemi