Cəbrayıldakı “Şəfəq” GES-lə bağlı Birgə İştirak Müqaviləsi imzalanıb
Cəbrayıldakı “Şəfəq” GES-lə bağlı Birgə İştirak Müqaviləsi imzalanıbBu gün Cəbrayılda 240 MVt-lıq "Şəfəq" Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə BP, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR Green) və “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ - Azerbaijan Investment Company OJSC - AIC) arasında Birgə İştirak
BP Cəbrayıl rayonunda 240 MVt-lıq günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” layihəsinin ilkin tək investoru kimi, bu gün “SOCAR Green” (SOCAR) və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə səhmdarlar sazişi imzalayıb və bununla Şəfəq (Cəbrayıl) Solar Limited” (SJSL) adlı yeni birgə müəssisə yaradılıb. Bu müəssisə layihəyə aid birgə investisiya fəaliyyətini həyata keçirəcək.
“BP-Azerbaijan” şirkətindən “Report”a verilən məlumata görə, bundan əvvəl, səhmdarlar sazişi üzrə danışıqlara başlamaq məqsədilə ötən ilin sentyabrında eyni tərəflər arasında qoşulma sazişi imzalanmışdı.
“Şəfəq” layihəsində “Virtual Enerji Ötürmə Mexanizmi” adlanan yeni kommersiya modelindən ilk dəfə istifadə olunacağı gözlənilir. Həyata keçəcəyi təqdirdə, bu mexanizm layihənin Cəbrayıl rayonunda istehsal edəcəyi günəş enerjisinin ölkənin elektrik enerjisi şəbəkəsinin operatoru olan “Azərenerji”yə həmin yerdə çatdırılmasını, “Azərenerji”nin isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına verməsini təmin edəcək. Bu da öz növbəsində terminalın həmin bərpa olunan elektrik enerjisindən öz ehtiyacı üçün istifadə etməsinə imkan verəcək.
Səhmdarlar sazişini SJSL adından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Allan, SJSL-də səhmdar şirkət kimi BP adından BP-nin günəş enerjisi və quruda külək enerjisi üzrə vitse-prezidenti Noelia Marivela Alvarez, “SOCAR Green” adından SOCAR-ın prezidenti Rövşən Nəcəf, və AİŞ-in icraçı direktoru Ülvi Mansurov imzalayıblar.
İmzalanma tədbirində çıxış edən Kolin Allan deyib: “Biz SOCAR-ın və AİŞ-nin yeni tərəfdaşlarımız kimi belə mühüm potensial layihədə bizə qoşulmasından çox məmnunuq. Birgə işimiz layihənin icrasını sürətləndirəcək və SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlığımızın yeni bir sahəyə keçməsinin əsasını qoyacaq. İndi biz Səngəçal terminalının karbonsuzlaşdırılması və Xəzər regionunda əməliyyat emissiyalarının azaldılması üçün çalışdığımız bir vaxtda əsl innovativ bir yanaşmanı dəstəkləmək üçün hər bir tərəfdaşın dərin təcrübəsini bir araya gətirə bilərik.”
SOCAR -ın prezidenti Rövşən Nəcəf deyib: “SOCAR ilə bp arasında uzun illərdir davam edən qarşılıqlı səmərəli əməkdaşlıqda yeni səhifə açılır. Böyük məmnunluqla qeyd etmək istərdim ki, otuz il öncə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan bu əməkdaşlıq bu gün də uğurla davam etdirilir və genişlənir. Əminəm ki, birgə fəaliyyət nəticəsində Cəbrayıl rayonunda “Şəfəq” layihəsinin uğurlu icrası Azərbaycanın bərpaolunan enerji potensialının inkişafında mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən genişmiqyaslı işlərə mühüm töhfə verəcək”.
AİŞ-in icraçı direktoru Ülvi Mansurov deyib: "Bu layihə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Azərbaycan İnvestisiya Şirkətinin əsas investisiya layihəsi olduğundan bizim üçün böyük strateji əhəmiyyət kəsb edir. Biz ölkənin 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin payının 30%-dək artırılması məqsədini dəstəkləməklə yanaşı, habelə Cəbrayıl regionunun iqtisadi inkişafına töhfə verən müəssisənin bir hissəsi olmaqdan qürur duyuruq. Tərəfdaşlarımızla birlikdə hökumətimizin işğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi baxışına uyğun olan bu əhəmiyyətli layihənin həyata keçirilməsini səbirsizliklə gözləyirik.”
Səhmdarlar sazişi müəyyən kommersiya və tənzimləyici şərtlər yerinə yetirildikdən sonra qüvvəyə minəcək. Saziş qüvvəyə mindikdən sonra SJSL səhmdarlarının iştirak payları belə olacaq: bp - 50,01%, SOCAR - 39,99% və AİŞ - 10%.
Qeyd edək ki, “Şəfəq” layihəsi Cəbrayıl rayonunda 240 MVt gücündə dəyişən cərəyanlı günəş elektrik stansiyasının tikilməsini nəzərdə tutur. Azərbaycan Energetika Nazirliyi ilə BP arasında 2021-2022-ci illərdə “Şəfəq” layihəsinin həyata keçirilməsinə dair İcra Sazişi və ona bir sıra əlavələr imzalanıb. Layihənin ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirinin qiymətləndirilməsi sənədi 2024-cü ildə ictimaiyyətə açıqlanmış, müzakirə edilmiş və Azərbaycan hökuməti tərəfindən təsdiq edilib.
16:39
Bu gün Cəbrayılda 240 MVt-lıq "Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) tikilməsi məqsədilə BP, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Green" MMC və İqtisadiyyat Nazrliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında Birgə İştirak Müqaviləsi imzalanıb.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayı Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi və “yaşıl enerji” potensialının reallaşdırılması üçün mühüm təşəbbüslər həyata keçirilir. Bu layihə birbaşa xarici investisiya cəlb edilməsi ilə ölkəmizin "yaşıl keçid” hədəfinin dəstəklənməsinə, Cəbrayıl rayonunun iqtisadi inkişafı və günəş enerjisi potensialından istifadə etməklə bölgənin enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək.
İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi və #yaşılenerji potensialının reallaşdırılması üçün mühüm təşəbbüslər həyata keçirilir. Bu gün Cəbrayılda 240 MVt-lıq "Şəfəq" Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə bp (@bp_plc), "#SOCAR Green" və AİŞ (@AIC_OJSC) arasında… pic.twitter.com/KJz2SnrcZp