Salyanın bir kəndinə təbii qaz verilib

Salyanın bir kəndinə təbii qaz verilib Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün Salyan rayonunun Düzənlik kəndinə təbii qaz verilib.
Energetika
30 Oktyabr , 2018 12:53
Salyanın bir kəndinə təbii qaz verilib
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün Salyan rayonunun Düzənlik kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 151 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 737 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bildirilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Son xəbərlər

Orphus sistemi