Şahmar Hüseynov: "Azneft"də çalışan 50-yə yaxın gənc rəhbər vəzifə tutur”

Şahmar Hüseynov: "Azneft"də çalışan 50-yə yaxın gənc rəhbər vəzifə tutur” Hazırda “Azneft” İstehsalat Birliyində 800-yə qədər gənc çalışır, onlardan 50-yə yaxını rəhbər vəzifə tutur
Energetika
2 Fevral , 2021 15:48
Şahmar Hüseynov: Azneftdə çalışan 50-yə yaxın gənc rəhbər vəzifə tutur”

Hazırda “Azneft” İstehsalat Birliyində 800-ə qədər gənc çalışır, onlardan 50-yə yaxını rəhbər vəzifə tutur.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynov neftçi gənclərə 2 Fevral – Gənclər Günü münasibətilə ünvanlanmış təbrikində bildirib.

Onun sözlərinə görə, qarşıya qoyulan vəzifələrin icrasında hər zaman fəal, məsuliyyətli olan, peşəkarcasına davranan, veteran neftçilərin təcrübəsindən yararlanaraq innovativ tətbiqlər həyata keçirən neftçi gənclərimiz bizim gələcəyimiz, qürur mənbəyimizdirlər.

O bildirib ki, günbəgün gəncləşən, yeniləşən Azərbaycanda gənclər istər ictimai həyatda, istərsə də dövlət idarəçiliyində irəli çəkilir, gənc istedadlara geniş imkanlar yaradılır: “Ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan, dünya brendinə çevrilən SOCAR da gənclərin gələcək inkişafı üçün mühüm platformadır. SOCAR-ın ən böyük istehsalat sahəsi olan “Azneft” İstehsalat Birliyində kifayət qədər bacarıqlı, istedadlı gənclərimiz çalışır. SOCAR-ın uzun illər ərzində həyata keçirdiyi təqaüd, eyni zamanda ödənişli yay təcrübəsi proqramlarında iştitak edən savadlı gənclər neft və qazçıxarma sahələrində işlə təmin edilərək peşəkar mütəxəssis kimi yetişib, neft-qaz sənayemizin inkişafına mühüm töhfələr veriblər”.

Sonda Ş.Hüseynov bir daha neftçi gəncləri 2 Fevral – Gənclər Günü münasibətilə səmimi qəlbdən təbrik edib, şəxsi və iş həyatınızda yeni-yeni uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi