Rusiyanın baş nazirinin müavini: "Neftin qiyməti yaxın perspektivdə 60-70 dollar/barel olacaq"

Rusiyanın baş nazirinin müavini: "Neftin qiyməti yaxın perspektivdə 60-70 dollar/barel olacaq" Bakı. 16 fevral. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin yaxın perspektivdə 60-70 dollar/barel olacağı istisna deyil. 
Energetika
16 Fevral , 2018 18:04
Rusiyanın baş nazirinin müavini: Neftin qiyməti yaxın perspektivdə 60-70 dollar/barel olacaq

Bakı. 16 fevral. REPORT.AZ/ "Dünya bazarında neftin qiymətinin yaxın perspektivdə 60-70 dollar/barel olacağı istisna deyil". 

"Report" xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Arkadiy Dvorkoviç deyib. 

"Ekspertlərin proqnozları 40-70 dollar/barel arasında dəyişir. Lakin Rusiyanın OPEC+ ölkələri ilə koordinasiya edilmiş addımları qiymətlərin 60-70 dollar/bareldə qalacağını ehtimal etməyə əsas verir", - deyə o qeyd edib. 

Rusiya hökumətinin rəsmisi həmçinin deyib ki, yeni texnologiyalara, xüsusilə də ABŞ-da şist neft hasilatının inkişafına diqqət yetirmək lazımdır: "Hazırkı texnoloji inkişaf mərhələsində bu qiymətlərlə qənaətlənmək olar. Amma gələcəkdə texnoloji inkişafın neft hasilatının maya dəyərini aşağı salması qiymət diapazonunu azalda bilər".

Son xəbərlər

Orphus sistemi