Rövşən Nəcəf: “Bu il 1150-dən çox tələbə SOCAR-ın müəssisələrində təcrübə keçib”

Rövşən Nəcəf: “Bu il 1150-dən çox tələbə SOCAR-ın müəssisələrində təcrübə keçib” Bu ilin yanvar-sentyabr ayları ərzində 1 150-dən çox tələbə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisələrində təcrübədən keçib.
Energetika
8 Oktyabr , 2024 12:38
Rövşən Nəcəf: “Bu il 1150-dən çox tələbə SOCAR-ın müəssisələrində təcrübə keçib”
Rövşən Nəcəf

Bu ilin yanvar-sentyabr ayları ərzində 1 150-dən çox tələbə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisələrində təcrübədən keçib.

“Report” xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf Təhsilin İnkişafı Forumu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, sənaye və elm sahələrində əməkdaşlığı bir neçə istiqamətlər üzrə həyata keçirmək olar: “Təhsil ocaqları sənaye üçün insan kapitalının mənbəyidir. Yəni insan kapitalı universitetlər hesabına təmin olunur. Bu baxımdan ali təhsil ocaqları sənayenin ehtiyaclarına uyğun, əsasən də gələcək ehtiyaclarını nəzərə alaraq yeni kadrlar hazırlayıb təqdim etməlidirlər. O cümlədən sənayenin də üzərində ehtiyaclarına uyğun olaraq kadrların hazırlanması üçün planlarını düzgün şəkildə təhsil ocaqlarına çatdırmaq kimi öhdəliklər var”.

R. Nəcəf qeyd edib ki, bu istiqamətdə SOCAR bir neçə proqrama başlayıb: “Bunlardan biri beş ali təhsil ocaqları ilə həyata keçirilən təcrübə proqramıdır. Onlar bu təcrübədən keçərkən SOCAR-ın baxışı, iş prinsipləri, korporativ məsuliyyəti ilə tanış olurlar, əməkdaşlarla yaxından ünsiyyət imkanı qazanırlar. Bu isə gələcəkdə birlikdə addımlamaq barədə qərar verərkən mühüm rol oynayır. Həmçinin bu cür proqramlar gəncləri daha yaxşı anlamaq, onlara uyğun iş şəraitini formalaşdırmaq üçün daxili korporativ idarəetmə sistemlərinin təkmilləşdirilməsinə imkan verir”.

Son xəbərlər

Orphus sistemi