"Qobu Elektrik Stansiyası" dövlət qeydiyyatına alınıb

Energetika
  • 09 dekabr, 2021
  • 05:41
Qobu Elektrik Stansiyası dövlət qeydiyyatına alınıb

Abşeron rayonunun Qobu qəsəbəsində inşa olunan elektrik stansiyası kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb.

"Report" xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində "Qobu Elektrik Stansiyası" MMC-ni qeydiyyatatdan keçib.

Yeni şirkətin hüquqi ünvanı Qobu qəsəbəsi, nizamnamə kapitalı 522 236 000 manat, qanuni təmsilçisi isə İbrahim Maarif oğlu Məmmədovdur.

44 - Tezliklə