“Qazprom”un mənfəəti 17% azalıb
Energetika
- 29 aprel, 2020
- 11:14
2019-cu ildə Rusiyanın təbii qaz inhisarçısı olan "Qazprom" şirkəti 1,2 trilyon rubl (16,3 milyard ABŞ dolları) məbləğində xalis mənfəət əldə edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 17% azdır.
Ötən il "Qazprom" 7,6 trilyon rubl (103,1 milyard ABŞ dolları) gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 7% azdır.
Hesabat dövründə şirkətin borcları isə 5,1% artaraq 31 trilyon rubla (42,1 milyard ABŞ dolları) çatıb.
"Qazprom" mənfəətinin azalmasını Avropaya ixrac etdiyi qazın həcminin 4%, qiymətinin isə 15% azalması ilə izah edib.
Qeyd edək ki, Rusiya şirkəti Avropanın "mavi yanacağ"a olan tələbatının 35%-ni ödəyir.
Son xəbərlər
06:45
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Region06:21
NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
Digər ölkələr05:59
ABŞ Karib dənizində narkotacirlərin qayığına zərbə endirib
Digər ölkələr05:28
Mayk Uolts: Tramp Rusiya-Ukrayna münaqişəsini həll etməyə çalışır
Digər ölkələr04:51
WSJ: ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb
Digər ölkələr04:16
Çilinin sabiq prezidenti BMT-nin Baş katibi postu uğrunda mübarizədən geri çəkilib
Digər ölkələr03:40
Almaniyada Bundesverdə xidmət üçün 18 yaşlı kişilərin məcburi tibbi müayinəsinə başlanılıb
Digər ölkələr03:21
Astarada baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Hadisə03:04