Prezident: “Azərbaycan ilin sonuna kimi Macarıstan və Serbiyaya təbii qaz tədarük edə biləcək”

Prezident: “Azərbaycan ilin sonuna kimi Macarıstan və Serbiyaya təbii qaz tədarük edə biləcək” “Azərbaycan ilin sonuna kimi Macarıstan və Serbiyaya təbii qaz tədarük edə biləcək”.
Energetika
31 May , 2023 11:03
Prezident: “Azərbaycan ilin sonuna kimi Macarıstan və Serbiyaya təbii qaz tədarük edə biləcək”
İlham Əliyev

Yunanıstan-Bolqarıstan interkonnektoru ilə Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Biz Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

“Hər şey plana uyğun getsə və bütün interkonnektorlar vaxtında inşa edilsə, - yəni, bu ilin sonuna qədər, - bizim qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir”, - deyə dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi