“Petkim”in aktivləri 3,5 milyard dollara yaxınlaşıb

Energetika
  • 14 may, 2025
  • 11:42
“Petkim”in aktivləri 3,5 milyard dollara yaxınlaşıb

Bu ilin birinci rübündə Türkiyənin “Petkim Petrokimya Holding” şirkətinin xalis zərəri 66,4 milyon ABŞ dolları təşkil edib.

“Report” neft-kimya holdinqinin maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövründə 31 milyon ABŞ dolları məbləğində xalis mənfəət əldə edilib.

Bu ilin yanvar-mart aylarında “Petkim”in gəlirləri 22,8 % azalaraq 455,575 milyon ABŞ dolları təşkil edib, maya dəyəri isə 19 % azalaraq 481 milyon ABŞ dollarına bərabər olub.

“Petkim”in ümumi zərəri 25,5 milyon ABŞ dolları (artım 6,4 dəfə), əsas əməliyyat zərəri 67,8 milyon ABŞ dolları (artım 1,7 dəfə), vergiyəqədərki zərəri 53,7 milyon ABŞ dolları təşkil edib.

2024-cü ilin yanvar-mart aylarında isə 41 milyon ABŞ dolları mənfəət əldə edilmişdi.

Bu ilin 31 mart tarixinə holdinqin aktivləri 3,45 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü il dekabrın 31-nə olan göstəricidən 2,3 % azdır. Qısamüddətli aktivlər 743,5 milyon ABŞ dolları (azalma 3,5 %), uzunmüddətli aktivlər isə 2,7 milyard ABŞ dolları (azalma 2 %) təşkil edib.

Holdinqin rübün sonuna olan öhdəlikləri 1,91 milyard ABŞ dolları (artım 1,6 %), kapitalı isə 3,403 milyard ABŞ dolları (azalma 6,8 %) məbləğində qiymətləndirilir. “Petkim”in səhmdar kapitalı 65,35 milyon ABŞ dolları (dəyişməyib) təşkil edib.

Qeyd edək ki, “SOCAR Turkiye Enerji” şirkəti “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51 %) sahibidir. Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir.

Son xəbərlər

Bütün Xəbər Lenti