Pərviz Şahbazov: “Bu günə qədər AÇG-dən 516 mİlyon ton neft hasil olunub”

Pərviz Şahbazov: “Bu günə qədər AÇG-dən 516 mİlyon ton neft hasil olunub” Hazırda dünya miqyasında ziddiyyətli, mürəkkəb və risklərlə dolu proseslər cərəyan edir.
Energetika
394
18 Sentyabr , 2020 17:22
Pərviz Şahbazov: “Bu günə qədər AÇG-dən 516 mİlyon ton neft hasil olunub”
Pərviz Şahbazov
0 : 00
0 : 00

Hazırda dünya miqyasında ziddiyyətli, mürəkkəb və risklərlə dolu proseslər cərəyan edir.

“Report”un Yeni Azərbaycan Partiyasının (YAP) saytına istinadən verdiyi məlumata görə, bunu Energetika naziri Pərviz Şahbazov bu gün YAP İcra Katibliyində “Əsrin müqaviləsi” və Azərbaycanın müasir reallıqları” mövzusunda keçirilən videokonfransda bildirib.

Onun sözlərinə görə, bəşəriyyəti yeni çağırışlarla üzləşdirən koronavirus (COVID-19) pandemiyası mövcud geosiyasi nizamda və dünyanın enerji mənzərəsində ciddi dəyişikliklərə əsas verir: “Azərbaycanın öz inkişafında yeni səviyyəyə yüksəlməsi həm də enerji siyasətini müasir tələblərə uyğunlaşdırması, yeni geosiyasi reallıqlar, iqtisadi, enerji və ekoloji təhlükəsizlik çağırışları şəraitində enerji mərkəzi kimi əhəmiyyətini qoruyub saxlamasından asılı olacaq. Bu bağlılıqda “Əsrin müqaviləsi” və onun yol açdığı konkret layihələr vasitəsilə ölkəmizin milli təhlükəsizliyini qlobal təhlükəsizlik formulları ilə əlaqələndirən kursun mühüm rol oynayacağı gözləniləndir”.

Nazir bildirib ki, istismara veriləndən bu ilin sentyabr ayına qədər “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 516 milyon ton neft hasil olunub, Azərbaycan bu yataqlardan dünya bazarına 305 milyon ton neft ixrac edib, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 48 milyard kubmetrdən çox səmt qazı verilib, ümumilikdə layihə hesabına 145,8 milyard ABŞ dolları gəlir əldə edilib: “Yataqların 2050-ci ilə qədər işlənilməsi, yeni layihələrə başlanması növbəti 30 ildə bizə bu uğurları davam etdirmək imkanı verəcək. “Azəri-Çıraq-Günəşli” yataqlarının ölkənin əsas gəlir mənbəyi olduğunu və neft-qaz sektorunun gələcək illərdə də Azərbaycan iqtisadiyyatında mühüm yer tutacağını nəzərə aldıqda apstrim əməliyyatlarında davamlılıq strateji əhəmiyyət daşıyır. Neftə qlobal tələbatın azalması, aşağı qiymətlər şəraitində və enerji tranformasiyası dövründə bir çox beynəlxalq enerji şirkətlərinin neft-qaz layihələrindən geri çəkildiyi, bərpa olunan enerjiyə üstünlük verən strategiyalar qəbul etdiyi vaxtda belə bir müqavilənin mövcudluğu kifayət qədər etibarlı təminatdır”.

Son xəbərlər

Orphus sistemi