Azərbaycan neftin indiki qiymətlərindən razıdır, lakin prioritet olaraq onların sabitliyidir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya Enerji Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"İstehsalçı ölkə olaraq bu qiymət, təbii ki, bizi qane edir. Amma əsas odur ki, bu qiymət sabitdir. Əsas məqsəd neftin qiymətinin sabit və proqnozlaşdırıla bilən olmasıdır", - deyə o bildirib.
P. Şahbazov eyni zamanda qeyd edib ki, Azərbaycan neftin daha baha olmasını istəmir: “Hesab edirik ki, bu qiymətlər hətta bir qədər aşağı ola bilər. Onlar elə olmalıdır ki, təkcə istehsalçı ölkələr üçün deyil, həm də istehlakçı ölkələr üçün rahatlıq olsun”.
Neft bazarındakı mövcud vəziyyəti dəyərləndirən P. Şahbazov baş verənlərdən hər kəsin məmnun olduğunu vurğulayıb: “Nə neftin qiyməti, nə də onun tədarükünün miqdarı ilə bağlı xüsusi mövzular yoxdur”.
Nazir əlavə edib ki, qaz bazarında baş verənlərlə isə, burada bir növ tənzimləmə lazımdır: "Nə edilməli olduğunu indi deyə bilmərəm”.
Qeyd edək ki, Avropada qazın 1 000 kubmetrinin qiyməti bu gün 1 230 ABŞ dollarına çatıb.
Niderlanddakı TTF habı üzrə qazın oktyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1229,4 ABŞ dollarına və ya 102,5 avro/MVt/s çatıb.
Günün əvvəlindən indiyədək qiymət artımı 7,6 % təşkil edir.