Ötən il SOCAR neft hasilatını cüzi azaldıb

Energetika
  • 10 fevral, 2024
  • 05:58
Ötən il SOCAR neft hasilatını cüzi azaldıb

2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7 milyon 736 min 202 ton neft hasil olunub.

Bu barədə “Report” SOCAR-ın ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabata istinadən məlumat verir.

Bildirilib ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 49 min 084 ton və ya 0,63 % azdır.

Ümumilikdə isə, il ərzində Azərbaycanda 30 milyon 148 min 157 ton xam neft hasil olunub. Bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 2 milyon 498 min 249 ton və ya 7,66 % azdır.

Xatırladaq ki, 2022-ci il ərzində SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7 milyon 785 min 286 ton, Azərbaycan üzrə isə 32 milyon 646 min 406 ton xam neft hasil olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti