Ötən il SOCAR-ın Qaz Emalı Zavodunda 2,9 mlrd. kubmetr qaz emal edilib
Energetika
- 05 mart, 2018
- 10:51
Bakı. 5 mart. REPORT.AZ/ 2017-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz Emalı Zavodunda (QEZ) 2 918,3 mln. kubmetr təbii qaz emal olunub.
"Report"un məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
Məlumata əsasən, bu həcmdə təbii qazdan 2 866,67 mln. kubmetr təmizlənmiş quru qaz, 11,9 min ton texniki butan və 20,1 min ton qaz benzini istehsal edilib.
Qaz benzini və texniki butanın 48%-i xammal olaraq SOCAR-ın neft emalı və neft-kimya müəssisələrinə verilib, texniki butanın 52%-i isə daxili bazara satılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə ediləcək.
Son xəbərlər
05:28
ABŞ Konqresi şatdaunun 30 yanvara qədər dayandırılmasını nəzərdə tutan qanunu qəbul edib
Digər ölkələr05:12
ABŞ HDQ döyüş gəmilərinin yanacaqla doldurulması üçün iki tanker alacaq
Digər ölkələr04:45
Altshaymer xəstəliyinə qarşı təbii qoruma kəşf edilib
Sağlamlıq04:11
ABŞ-də bir sentlik sikkələrin zərbi dayandırılıb
Digər ölkələr03:41
G7 ölkələri Ukraynada atəşkəsə çağırış edib
Digər ölkələr03:09
Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin hissələri Kayseridə tədqiq ediləcək
Region03:05
Rubio: ABŞ Macarıstana Rusiyaya qarşı sanksiyalardan bir illik möhlət verib
Digər ölkələr02:44
AVRO-2028-in final oyunu "Uembli" stadionunda keçiriləcək
Futbol02:07