Ötən il Azərbaycan neft koksu ixracını 37 % artırıb

Energetika
  • 19 yanvar, 2024
  • 11:08
Ötən il Azərbaycan neft koksu ixracını 37 % artırıb

2023-cü ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 232 min 111,05 ton neft koksu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 58 milyon 081,17 ABŞ dolları təşkil edib.

Bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 37,06 % çox 13,3 % azdır.

Neft koksunun ölkənin ümumi ixracındakı payı 0,17 % olub.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Neft koksu SOCAR-ın Heydər Əliyev adına NEZ-ində istehsal olunur. Bu NEZ regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti