Ötən ay Azərbaycanın metanol ixracından qazancı 29 %-dən çox azalıb
- 28 fevral, 2023
- 09:25
Bu ilin yanvar ayı ərzində Azərbaycan 8,4 milyon ABŞ dolları dəyərində metanol (metil spiriti) ixrac edib
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilib.
Məlumata görə, bu, 2022-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 3,5 milyon ABŞ dolları və yaxud 29,4 % azdır.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Azərbaycanın ümumi ixracı 1,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 284,5 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.