Ötən ay Azərbaycan metanol ixracını 5 %-dən çox azaldıb

Energetika
  • 16 fevral, 2024
  • 12:20
Ötən ay Azərbaycan metanol ixracını 5 %-dən çox azaldıb

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 39 min 194,8 ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 7 milyon 302,71 min ABŞ dolları təşkil edib.

Bu, 2023-cü illin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 5,75 % çox və 13,5 % azdır.

Metanolun qeyri-neft sektoru üzrə ixracda payı 3,29 %, ölkənin ümumi ixracında payı isə 0,4 % olub.

2023-cü ildə Azərbaycan 89 milyon 858,38 min ABŞ dolları dəyərində 501 min 571,52 ton metanol (metil spirti) ixrac edib.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti