Razılaşmanı yerinə yetirməyən "OPEC+" ölkələri yeni kompensasiya qrafikləri təqdim edəcək - YENİLƏNİB

Razılaşmanı yerinə yetirməyən "OPEC+" ölkələri yeni kompensasiya qrafikləri təqdim edəcək - YENİLƏNİB “OPEC+” Nazirlərinin Monitorinq Komitəsi onlayn görüşdə daha əvvəl qəbul edilmiş neft hasilatı ilə bağlı qərarları dəyişdirməyi planlaşdırmır, əsasən razılaşmanın parametrlərinin yerinə yetirilməsi məsələsi nəzərdən keçiriləcək.
Energetika
5 aprel 2025 17:15
Razılaşmanı yerinə yetirməyən OPEC+ ölkələri yeni kompensasiya qrafikləri təqdim edəcək - YENİLƏNİB

Razılaşmanı yerinə yetirməyən “OPEC+” ölkələri 15 aprelə qədər yeni kompensasiya qrafikləri təqdim edəcəklər.

“Report” bu barədə təşkilatın məlumatına istinadən xəbər verir.

Məlumatda qeyd edilib ki, “OPEC+” nazirlərinin monitorinq komitəsi aprelin 5-də videokonfrans formatında keçirilmiş iclasında 2025-ci ilin yanvar və fevral ayları üçün neft hasilatı məlumatlarını nəzərdən keçirib.

Komitə razılaşmaya tam uyğun olmayan və kompensasiya səviyyəsinə çatmayan ölkələri ayırıb, kvotalara tam uyğunluğun və kompensasiyaların əldə edilməsinin, həmçinin yenilənmiş kompensasiya qrafikinin aprelin 15-nə qədər OPEC katibliyinə təqdim edilməsinin müstəsna əhəmiyyətini vurğulayıb.

17:10

“OPEC+” Nazirlərinin Monitorinq Komitəsi onlayn görüşdə daha əvvəl qəbul edilmiş neft hasilatı ilə bağlı qərarları dəyişdirməyi planlaşdırmır, əsasən razılaşmanın parametrlərinin yerinə yetirilməsi məsələsi nəzərdən keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə nümayəndə heyətlərindən birindəki mənbə məlumat verib.

ABŞ-nin bir çox ölkələr üçün gömrük rüsumları tətbiq etməsi və neft qiymətlərinin düşməsi (iki gün ərzində təxminən 10 dollar) məsələsinin görüşdə qaldırılıb-qaldırılmadığı sualına cavab olaraq, mənbə qeyd edib ki, Venesuela bu məsələyə diqqət yetirib. 

Bu gün "OPEC+" Nazirlərinin Monitorinq Komitəsinin onlayn iclası keçirilir. 

Orphus sistemi