OPEC: 2040-cı ilə qədər qlobal enerji tələbatı 40% artacaq

OPEC: 2040-cı ilə qədər qlobal enerji tələbatı 40% artacaq Avtonəqliyyat vasitələri 2040-cı ildə 47,8 mln. barel/gün neft istehlak edəcək
Energetika
8 Noyabr , 2016 16:44
OPEC: 2040-cı ilə qədər qlobal enerji tələbatı 40% artacaq

Bakı. 8 noyabr. REPORT.AZ/ Dünyada 2040-cı ilə qədər qlobal enerji tələbatı 40% artaraq gündəlik 382,1 mln. barel ekvivalenti həddinə çatacaq. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, OPEC-in 2016-cı il Qlobal Neft Bazarı (World Oil Outlook) hesabatına əsasən, 2040-cı ildə dünya enerji bazarında təbii yanacağın payı 77%-ə yüksələcək. Burada təbii qazın xüsusi çəkisi 27%, neftin - 26%, kömürün isə 24% təşkil edəcək. 

Enerji tələbatında bərpa olunan enerjinin payı 17%-ə, nüvə enerjisinin payı isə 6%-ə çatacaq. 

Sənəddə qeyd olunub ki, 2040-cı ilə qədər enerji tələbatının artmasında əsas rolu inkişaf etməkdə olan ölkələr oynayacaq. Onların enerji tələbatında payı 2040-cı ildə 63%-ə yüksələcək. 

Bununla yanaşı bildirilir ki, 2040-cı ildə qlobal neft tələbi 109,4 mln. barel/gün olacaq. OPEC-in 2040-cı ildə gündəlik neft hasilatı 41 mln. barelə yüksələrək qlobal neft hasilatının 37%-ni təşkil edəcəyi ehtimal olunur. Ən çox neft tələbi avtonəqliyyat vasitələrində yaranacaq ki, bu da 2040-cı ildə gündəlik 47,8 mln. barel təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi