OPEC 2021-ci il üçün Azərbaycan üzrə neft hasilatı proqnozunu azaldıb

OPEC 2021-ci il üçün Azərbaycan üzrə neft hasilatı proqnozunu azaldıb Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda orta gündəlik neft və maye karbohidrogen hasilatının 720 min barel olacağını proqnozlaşdırır.
Energetika
14 Sentyabr , 2020 17:37
OPEC 2021-ci il üçün Azərbaycan üzrə neft hasilatı proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda orta gündəlik neft və maye karbohidrogen hasilatının 720 min barel olacağını proqnozlaşdırır.

“Report” OPEC-in sentyabr ayı üzrə hesabatına istinadən bildirir ki, bu il Azərbaycanda gündəlik neft hasilatı 70 min barel azalacaq.

Bu isə əvvəlki proqnozla eynidir.

Avqust ayında gündəlik karbohidrogen hasilatı 30 min barel artaraq orta hesabla 700 min barel təşkil edib. İyun ayında hasılatın həcmi 20 min barel azalaraq orta hesabla 680 min barel olub

Xam neftin hasilatı avqust ayında 585 min barel təşkil edərək aprel ayındakı göstəricilərinə nisbətən 99 min barel azalıb.

Qeyd edək ki, aprel ayında Azərbaycanda neft hasilatı 684 min barel təşkil edib. May ayında isə bu göstərici 573 min barel, iyunda 564 min barel, iyul ayında isə 552 min barel olub.

OPEC-in proqnozuna görə, 2021-ci ildə də ölkədə gündəlik hasilat 0,01 mln barel azalaraq 710 min barel səviyyəsində olacaq.

Son xəbərlər

Orphus sistemi