Bu gün səhər hərraclarında neftin qiyməti bir qədər artıb.
“Report” xəbər verir ki, “Brent” markalı neftin mart fyüçersləri 0,17 faiz bahalaşaraq 75,41 ABŞ dollarından, WTI markalı neftin fevral fyüçersləri də 0,25 faiz bahalaşaraq 72,94 dollardan satılıb.
Xatırladaq ki, dünən axşam verilən rəsmi açıqlamaya görə, ABŞ-da 10-17 dekabr tarixlərində neft ehtiyatlarının həcmi ekspertlərin gözlədiyi 2,8 milyon barelə qarşı 4,7 milyon barel azalıb. Həmçinin eyni müddət ərzində gündəlik neft hasilatı da 100 min barel azalaraq 11,6 milyon barelədək geriləyib. Eyni zamanda, benzin ehtiyatları gözlənilən 0,5 milyon barelə qarşı 5,5 milyon barel artıb.
Bununla yanaşı, dünyada koronavirusun “Omikron” ştamının sürətlə yayılması ilə şərtlənən epidemioloji vəziyyətin neftə tələbata mənfi təsir göstərəcəyinə dair şübhələr qiymət artımını müəyyən qədər əngəlləyir.