"Neft Daşları" yatağında yeni quyu istismara verilib
- 17 iyun, 2015
- 10:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 iyun. REPORT.AZ/ Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi (İB) “Neft Daşları” NQÇİ-nin sifarişi ilə 2 585 nömrəli stasionar dəniz özülündən qazılmış 2 593 nömrəli quyu qazmadan sonra istismara verilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyu 2 232-2 228 metr intervaldan sutkalık 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
“Neft Daşları” yatağındakı 2 192 nömrəli stasionar dəniz özülündəki 2 198 nömrəli quyu isə əsaslı təmirdən sonra istismara verilib. Quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 736-733 metr intervaldan gündəlik 17 ton neft hasilatı ilə istismara daxil edilib.