Nazir: "Türkiyə və Azərbaycan XXI əsrin enerji tarixini birlikdə yazır"

Energetika
  • 19 oktyabr, 2018
  • 12:51
Nazir: Türkiyə və Azərbaycan XXI əsrin enerji tarixini birlikdə yazır
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez

Bakı. 19 oktyabr. REPORT.AZ/ Türkiyə və AzərbaycanXXI əsrin enerji tarixini birlikdə yazır.

“Report”xəbər verir ki, bunu Türkiyəninenergetika və təbii sərvətlər naziri Fatih Dönmez İzmirdə STAR neftemalı zavodunun açılış mərasimində bildirib.

Nazir deyib ki, Türkiyə iqtisadiyyatına olan etibarSOCAR-ın sərmayəsi ilə sübut olundu.

O qeyd edib ki, STAR-la birlikdə Türkiyədə neft emalı zavodlarının emal gücü artaraq illik 40 mln.tona  çatacaq: “STAR 5 mln. tonluq dizelyanacağı istehsalı ilə Türkiyənin idxalını azaldacaq. STAR Türkiyənin ilk Strateji Sərmayə TəşviqSənədinə sahibdir və bu baxımdan çox önəmlidir”.

Nazir Türkiyənin yeni iqtisadi proqramında əsas sənayesahəsindən birinin də neft-kimya sektoru olduğunu, enerji idxalını azaldacaq həraddımın atıldığını bildirib və qeyd edib ki,  Azərbaycanı Türkiyənin yanında görmək bizi xoşbəxtedir.

O, iyun ayında Əskişəhərə qədər hissəsi istismaraverilən Trans Anadolu Boru Kəmərindən (TANAP) də danışaraq qeyd edib ki, TANAPAzərbaycan və Türkiyə arasında birliyin ən böyük simvollarından biridir. “TANAPhəm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyinə qatqı verəcək. Həyata keçirilən enerji layihələri ilə bölgədəki gücümüz artacaq”.