Nazir müavini: "Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizi üzrə qiymətləndirməyə başlanılacaq"

Nazir müavini: "Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizi üzrə qiymətləndirməyə başlanılacaq" "Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizinin yaradılması çərçivəsində bu il ərzində qiymətləndirməyə başlanılacaq.
Energetika
15 Aprel , 2024 13:41
Nazir müavini: Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qiymətləndirməyə başlanılacaq

"Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizinin yaradılması çərçivəsində bu il ərzində qiymətləndirməyə başlanılacaq.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov deyib.

"Məsləhətçi şirkətin cəlbi üçün artıq texniki tapşırıq hazırdır və yaxın tarixlərdə qiymətləndirmə ilə bağlı işlərə başlanılacaq", - E. Soltanov bildirib.

Qeyd edək ki, "Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizinin yaradılması çərçivəsində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya ötürücü sistem operatorları arasında birgə müəssisənin yaradılması üçün məsləhətçi hüquq şirkətinin müəyyənləşdirilməsi məqsədilə tender keçiriləcək.

“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.

Nazir müavinin sözlərinə görə, bu layihəyə Özbəkistan və Qazaxıstan da xüsusi maraq göstərir: "Bununla bağlı 3 ölkənin nazirləri arasında kommunike imzalanıb".

O vurğulayıb ki, bu, Avropa İttifaqı ilə "yaşıl enerji" istiqamətində aparılan işlər çərçivəsində reallaşma imkanı yüksək olan layihədir.

Son xəbərlər

Orphus sistemi