Nazir müavini: “Qarabağın qaz təminatı 4 mərhələdə həyata keçiriləcək”

Nazir müavini: “Qarabağın qaz təminatı 4 mərhələdə həyata keçiriləcək” “Prezident İlham Əliyevin iradəsi nəticəsində və ordumuzun gücü sayəsində torpaqlarımızı cəmi 44 günə azad etdiyimiz kimi bu ərazilərimizi qısa müddətdə dirçəldib, inkişaf axarına qovuşdurmaq əzmini bütün dünyaya nümayiş etdirməliyik”.
Energetika
20 Oktyabr , 2021 11:45
Nazir müavini: “Qarabağın qaz təminatı 4 mərhələdə həyata keçiriləcək”

“Prezident İlham Əliyevin iradəsi nəticəsində və ordumuzun gücü sayəsində torpaqlarımızı cəmi 44 günə azad etdiyimiz kimi bu ərazilərimizi qısa müddətdə dirçəldib, inkişaf axarına qovuşdurmaq əzmini bütün dünyaya nümayiş etdirməliyik”.

“Report” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov deyib.

“Bu ilin sonuna qədər bütün bölgənin elektrik enerjisi ilə təmin edilməsi əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Bu hədəfə uyğun olaraq Laçın, Kəlbəcər və Suqovuşanda 20MVT gücündə 4 su elektrik stansiyasından 3-ü bərpa edilib, 9 ədəd 110 kVt-luq yarımstansiyanın quruculuq işləri demək olar ki, yekunlaşıb. Bölgənin təbii qazla təminatı isə təxminən 4 mərhələdə həyata keçiriləcək. Strateji hədəflər isə daha böyükdür və bu cənab prezidentin bizə tapşırdığı kimi Qarabağı “yaşıl enerji” zonasına çevirməkdən ibarətdir.

İşğaldan azad olunmuş ərazilərdə 7 200 MVt-lıq günəş və 2 000 MVt-lıq külək enerjisi potensialı mövcuddur: “Artıq beynəlxalq investorlar Cəbrayıl rayonunda 240 MVt-lıq günəş elektrik stansiyasının tikintisi üzrə araşdırma aparır və Laçın-Kəlbəcər zonasında 100 MVt-lıq külək enerjisi ilə əlaqədar maraq sorğusu artıq investarlara göndərilib. Energetika nazirliyi artıq bu ərazilərin “yaşıl enerji” konsepsiyasını hazırlayıb hökumətə təqdim edib. Yekunda isə bu konsepsiya baş plana çevrilib detallı tətbiq ediləcək”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi