Nazir müavini: "Azərbaycanda bərpa olunan enerjinin inkişafını investisiyaların cəlbində görürük"

Nazir müavini: "Azərbaycanda bərpa olunan enerjinin inkişafını investisiyaların cəlbində görürük" Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda bərpa olunan enerjinin gələcək inkişafını investisiyaların cəlb olunmasında görürük. Bu sahə investorlar üçün cəlbedici olmalıdır.
Energetika
102
14 Dekabr , 2018 10:43
Nazir müavini: Azərbaycanda bərpa olunan enerjinin inkişafını investisiyaların cəlbində görürük
Energetika nazirinin müavini Samir Vəliyev / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ "Azərbaycanda bərpa olunan enerjinin gələcək inkişafını investisiyaların cəlb olunmasında görürük. Bu sahə investorlar üçün cəlbedici olmalıdır".

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev "Bərpa olunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığı" mövzusunda "dəyirmi masa"da bildirib.

O, Strateji Yol Xəritəsinin bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı portfelinin şaxələndirilməsi prioritetinə uyğun son vaxtlar görülən işlərdən danışıb: "Bərpa olunan enerji mənbələri potensialından daha səmərəli istifadə və bu sahənin inkişafı özəl sektorun inkişafı ilə təmin edilə bilər. Bərpa olunan enerji sahəsinə özəl investisiyanın cəlbi məqsədilə hazırda müvafiq sahəni tənzimləyən normativ hüquqi bazanın formalaşdırılmasına, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanmasına başlanıb".

Son xəbərlər

Orphus sistemi